Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın ölkəmizə yeni təyin olunmuş apostol nunsisi Marek Solçinskini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vatikan arasında münasibətlərin yüksək səviyyədə olduğu məmnuniyyətlə qeyd edilib.
Məmmədyarov Solçinskini təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Həmçinin, görüş zamanı regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.