...

Azərbaycanın Dubay şəhərindəki Baş konsulu konsul patentini Dubay Əmirinin müavininə təqdim edib

Siyasət Materials 14 Noyabr 2012 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Cari ilin 12 noyabr tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə mövcud protokol qaydalarına əsasən konsul patentinin əslini Dubay Əmirinin müavini, Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Naziri şeyx Həmdan Bin Raşid Ali Məktuma təqdim edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş konsul Pərviz İsmayılzadə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və fəaliyyəti dövründə dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə səy göstərəcəyini bildirib.

Şeyx Həmdan Ali Məktum öz növbəsində Dubayda Baş Konsulluğun açılmasını yüksək qiymətləndirib və bunun ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyindən əminlik ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti