...

Asim Mollazadə: Azərbaycan Xocalı məsələsində ədalət tələb edir

Siyasət Materials 23 Noyabr 2012 11:31 (UTC +04:00)
Azərbaycan Xocalı soyqırımına görə qisas almağa çağırmır, amma ədalət tələb edir.
Asim Mollazadə: Azərbaycan Xocalı məsələsində ədalət tələb edir

Azərbaycan, Bakı, 23 noyabr / Trend, müxbirlər E.Tariverdiyeva, E.Mehdiyev /

Azərbaycan Xocalı soyqırımına görə qisas almağa çağırmır, amma ədalət tələb edir. Bunu Milli Məclisin deputatı Asim Mollazadə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında çıxış edərkən bildirib.

"Azərbaycanda Xocalı şəhəri bir gecə ərzində tamamilə məhv edilmişdi, çoxlu uşaq, qadın, yaşlı insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər, onlardan bəziləri yandırılmışdı. Biz qisasa çağırmırıq, amma biz ədalətə çağırırıq", - millət vəkili deyib.

Mollazadə vurğulayıb ki, əgər bu cinayəti törədən hərbi cinayətkarlar beynəlxalq məhkəməyə cəlb edilməzlərsə, belə cinayətlər təkrarlanacaq.

"Biz Xocalı ilə bağlı məsələdə ədalətə nail olmalıyıq. Biz Xocalı soyqırımı faktını tanıdığı üçün Pakistanın və Meksikanın parlamentlərinə minnətdarlığımızı bildiririk. Bu cür cinayətləri dayandırmaq üçün bizə bütün dünyanın siyasətçilərinin köməyi lazımdır", - deputat deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin öz səylərini birləşdirməsi və dünyada ədalət sistemini yaratması vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti