Azərbaycan Prezidenti və xanımı Bakıda keçirilən sərgilərlə tanış olublar (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan Prezidenti və xanımı Bakıda keçirilən sərgilərlə tanış olublar (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Noyabrın 28-də Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olublar.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, ölkəmizdə ilk dəfə keçirilən idman, idman ləvazimatı və geyimi beynəlxalq sərgisi Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin təzahürüdür. Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda "İdman ili" elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasındadır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən idman, idman ləvazimatı və geyimi sərgisi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirib.

Diqqətə çatdırıldı ki, sərgidə idman obyektlərinin təchizatı sahəsində mütərəqqi həll variantları, idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunur. Sərgi ekspozisiyasının böyük hissəsini Azərbaycanda idmanın inkişaf etmiş populyar növləri ilə məşğul olan müxtəlif federasiyalar tutur. Belə ki, bu iştirakçıların siyahısına boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkənli qayıq idmanı, üzgüçülük və idmanın digər növləri ilə məşğul olan federasiyalar daxildir. Azərbaycanın Olimpiya və Paralimpiya komitələri də sərginin fəal iştirakçılarıdır. Azərbaycanda idman sənayesinin inkişafını əks etdirən sərgi idman komandaları, klublar və federasiyaların fəaliyyəti ilə bağlı geniş məlumat bazasını nümayiş etdirir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış oldular.

Bu il 20 illiyi qeyd edilən Milli Olimpiya Komitəsinin həyata keçirdiyi tədbirlərdən bəhs edən ekspozisiya ilə tanış olan dövlətimizin başçısına daha sonra Azərbaycan Taekvondo və Boks federasiyalarının fəaliyyəti barədə də məlumat verildi.

Azərbaycan Şahmat Federasiyasının ekspozisiyasında Prezident İlham Əliyevi Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov qarşıladı. Azərbaycan şahmatının uğurlarının geniş əks olunduğu ekspozisiya ilə tanışlıq zamanı bildirildi ki, artıq milli şahmat federasiyasının yeni binasının layihəsi hazırdır. Bu barədə dövlətimizin başçısına məlumat verən Kirsan İlümjinov daha sonra Prezident İlham Əliyev ilə şahmat oynadı.

Sərgidə federasiyalarla yanaşı, idman geyimləri istehsal edən şirkətlər də təmsil olunur. Ölkəmizin ilk idman brendi olan "Novco sport" hazırda idman geyimlərinin əsas istehsalçısı kimi komanda və klub rəhbərlərinə xarici ölkələrə getmədən öncə seçim və sifarişlərini Azərbaycanda etmək imkanı yaradır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da yarandığı vaxtdan ölkədə idmanın inkişafına dəstək verir. Bu ilin sentyabrında 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi bir daha Azərbaycan futbolunun inkişafına yaradılan əlverişli şəraitdən xəbər verir.

Ekspozisiya ilə tanışlıq zamanı Prezident İlham Əliyevə futbol üzrə Azərbaycan milli yığmasının geyimi təqdim olundu.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası da sərgidə iştirak edir. 2005-ci ildən fəaliyyət göstərən federasiyanın xətti ilə qısa vaxtda ölkəmizdə dağ idman növünün inkişafı genişlənib, 48 klub yaradılıb. 2013-cü ildə idman dırmanması üzrə dünya kubokunun sürətli mərhələ yarışı Bakıda keçiriləcək.

Son illərin idman uğurları sırasında Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti də diqqəti cəlb edir. Hazırda 4 gimnastika növünü özündə birləşdirən federasiya son on ildə bir çox beynəlxalq yarışlar keçirib, Azərbaycan idmançıları yüksək nailiyyətlər qazanıblar.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, idman, idman ləvazimatı və geyimi sərgisi ilə eyni meydançada gənclər təşkilatlarının IV Respublika sərgisi də keçirilir. Azərbaycanın 76 gənclər təşkilatının iştirak etdiyi sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdiyi layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb edilməsi haqqında məlumat verməkdir.

Müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər təşkilatlarının əldə etdiyi uğurları yetərincə əks etdirən sərgidə Xaricdə Təhsil Alan və Məzun olan Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu (ASAİF) ilə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə üstünlük verən gənclər təşkilatlarının nailiyyətləri də nümayiş etdirilir.

Sərgidə 2011-ci ildə yaradılan Azərbaycan Gənclər Fondunun fəaliyyəti də diqqəti cəlb edir. Gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyətli layihələrin dəstəklənməsinə xüsusi diqqət yetirən Fond gənclərin inkişafını təmin edən müxtəlif regional və beynəlxalq layihələrin hazırlanıb həyata keçirilməsinə dəstək verir. İndiyədək 240 qeyri-hökumət təşkilatı və 174 yaradıcı və istedadlı gəncin qeydiyyatdan keçdiyi Fond 135 layihəni dəstəkləyib.

Bu prosesdə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da xüsusi rol oynayır. Bu proqram çərçivəsində həyata keçirilən layihələr bütün ölkəni əhatə edir. Onlardan biri də "Azərbaycan tələbə kartı" layihəsidir.

Layihə ilə bağlı məlumat verildikdən sonra ilk "Azərbaycan tələbə kartı" dövlətimizin başçısına təqdim olundu. Bildirildi ki, ölkəmizdə indiyədək 17 Gənclər Mərkəzi istifadəyə verilib. 2015-ci ildə onların sayının 38-ə çatdırılması planlaşdırılır.

Digər layihə vətənpərvərlik ruhunda - "Odlar yurdu" və "İşğal altında" milli kompüter oyunlarının hazırlanması və ictimaiyyətə təqdim olunmasıdır. Bununla yanaşı, gənclər arasında vətənpərvərlik ruhunun yüksək səviyyədə saxlanması üçün müxtəlif telelayihələr də hazırlanıb efirə verilir.

Bu gün Azərbaycan gəncliyinin beynəlxalq fəaliyyəti də diqqəti cəlb edir. Bu sırada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) gördüyü işlər təqdirəlayiqdir. Rusiyada azərbaycanlı gənclərin birləşdiyi təşkilat funksiyasını yerinə yetirən RAGT-ın əsas fəaliyyət istiqamətlərindən biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai həyatındakı rolunu artırmaqdır. Bununla bağlı bir çox layihələrə imza atan RAGT-ın indi Rusiyanın müxtəlif bölgələrində yerli təşkilatlarının yaradılması istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyəti ilə də tanış oldular.

Dövlətimizin başçısına Azərbaycan gənclərinin ictimai-siyasi fəallığının artırılmasında mühüm rol oynayan "İrəli" İctimai Birliyinin həyata keçirdiyi layihələr barədə də məlumat verildi.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzuladı.

Sərgilər işini noyabrın 30-da başa çatdıracaq.

Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində  maraqlıdır - Səfir (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
Loading Bars
Xəbər lenti
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
Bütün xəbərlər