...

Səudiyyə Ərəbistanı Suriya müxalifətini birliyə çağırır

Siyasət Materials 5 Dekabr 2012 10:38 (UTC +04:00)
Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl Suriya müxalifətini ölkəni parçalanmaqdan xilas etmək üçün birliyə çağırıb.
Səudiyyə Ərəbistanı Suriya müxalifətini birliyə çağırır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Tağıyeva/

Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl Suriya müxalifətini ölkəni parçalanmaqdan xilas etmək üçün birliyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.

O, həmçinin, əlavə edib ki, Suriya müxalifəti hazırkı rejimin devrilməsindən sonra ölkəni idarə etmək iqtidarındadır və ərəb ölkələri ona hər cür köməyi göstərəcək.

"Əsəd rejimini dəstəkləyən ölkələrin mövqeyindəki dəyişiklik problemin həllinə doğru daha bir addımdır", - Feysəl bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti