Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı artır.
Trend-in məlumatına görə, son günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupuna Bil Kassidi (Luizana), Şeyla Cekson Li (Texas) və Al Qrin (Texas) qoşulub.
Bununla da Konqresdəki Azərbaycan üzrə işçi qrupuna üzv olan konqresmenlərin sayı 42-yə çatıb.