Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıb:
1. Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilsin.
2. Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin sədri təyin edilsin.
3. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
4. Bu Sərəncamın 1-ci və 2-ci hissələri 2013-cü il yanvarın 22-dən qüvvəyə minir.
5. Bu Sərəncamın 3-cü hissəsi 2013-cü il yanvarın 2-dən qüvvəyə minir.