Prezident İlham Əliyev Bəhreyn Krallığının milli bayramı münasibətilə Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.
Məktubda deyilir:Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Bəhreyn münasibətləri, dostluq əlaqələrimiz və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını müvəffəqiyyətlə davam etdirəcək".
Sonda dövlət başçısı Bəhreyn kralına möhkəm cansağlığı, işlərində uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq arzu edib.