...

İlham Əliyev Azərbaycan və Belarus prezidentlərinin Təhlükəsizlik şuraları arasında memorandumu təsdiq edib

Siyasət Materials 21 Dekabr 2012 19:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 14-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası və Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət Katibliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə fərman imzalayıb.
İlham Əliyev Azərbaycan və Belarus prezidentlərinin Təhlükəsizlik şuraları arasında memorandumu təsdiq edib

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 14-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası və Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət Katibliyi arasında əməkdaşlıq haqqında Memorandum"un təsdiq edilməsi barədə fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bu fərmanda göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus tərəfini xəbərdar etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti