...

Azərbaycanın Baş Prokurorluğu Sevinc Babayevanın məhkəmə-tibbi ekspertizası ilə bağlı məlumat yayıb

Siyasət Materials 29 Dekabr 2012 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş Sevinc Babayevanın Türkiyənin "Medicana International İstanbul Hospital" xəstəxanasında vəfat etməsi ilə əlaqədar ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prokurorluğunun hüquqi yardım göstərilməsi haqqında vəsatəti əsasında onun meyiti İstanbul Ədliyyə Tibb İdarəsində Türkiyə hüquq mühafizə orqanları əməkdaşları və məhkəmə-tibb ekspertləri tərəfindən Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarının, eləcə də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələrinin iştirakı ilə məhkəmə-tibbi ekpertizası müayinəsindən keçirilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Məlumata görə, ekspertizanın qarşısına S.Babayevanın ölümünə səbəb ola biləcəyi ehtimal olunan bütün fərziyyələr üzrə suallar qoyulmuşdur. Hazırda ekspertiza müayinəsi yekunlaşdırılmış və cənazənin Bakı şəhərinə göndərilməsi üçün müvafiq prosedur tədbirlər görülür.

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Türkiyəli həmkarları ilə birgə S.Babayevanın İstanbul şəhərində olduğu müddətdə yaşadığı ünvan müəyyənləşdirilmiş, həmin müddətdə onun ünsiyyətdə olduğu şəxslərin dairəsi dəqiqləşdirilməklə onların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri və digər prosessual hərəkətlər həyata keçirilir.

Eyni zamanda araşdırmalarla müəyyən edilmişdir ki, S.Babayeva 6-13 avqust 2012-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Kardiologiya şöbəsində "Kəskin ağ ciyər emboliyası" diaqnozu ilə müalicə olunmuşdur.

Ekspertizanın nəticəsi barədə Türkiyə tərəfindən müvafiq cavab alındıqdan sonra həyata keçirilmiş araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti