Prezident İlham Əliyev: 2012-ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilib

Prezident İlham Əliyev: 2012-ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilib

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

"2012-ci il isə ölkəmiz üçün çox uğurlu il olmuşdur. 2012-ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir. 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir" İlham Əliyev təbrikində deyib.

Dövlət başçısı deyib ki, iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır.

"Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox iş yeri açılmışdır. İş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir.
Beynəlxalq reytinq agentlikləri 2012-ci ildə ölkəmizin kredit reytinqlərini artırmışlar. Bu da böhranlı il üçün çox gözəl, əlamətdar bir hadisədir. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir. Əminəm ki, gələcək illərdə bizim yerimiz daha da yüksək olacaqdır" Prezident bildirib.

İlham Əliyev deyib ki, iqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət bizə imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq.

"2012-ci ildə maaşlar, pensiyalar qaldırılmışdır, ünvanlı sosial yardım on minlərlə ailəni əhatə edir. 2012-ci ildə sovet əmanətlərinin qaytarılması prosesi başlamışdır. Əminəm ki, gələn il bu proses başa çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir. Çünki biz bu əmanətlərin ən yüksək əmsalla və ən qısa müddət ərzində qaytarılmasına nail olacağıq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasətimiz konkret nəticələrini verməkdədir.
2012-ci ildə məcburi köçkünlərin problemlərinin həlli üçün çox böyük işlər görülmüş və 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Gələn il 20 mindən artıq köçkünün yaşayış şəraiti yaxşılaşdırılacaq və beləliklə, Dövlət proqramının icrası nəticəsində biz köçkünləri, bizim soydaşlarımızı gözəl şəraitlə təmin edəcəyik. Ancaq əlbəttə, biz torpaqlarımız işğalçılardan azad olunandan sonra bu gün hələ də işğal altında olan torpaqlarda yeni binalar, qəsəbələr, şəhərlər salacağıq ki, vətəndaşlarımızı gözəl şəraitlə təmin edək. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz artır, həm iqtisadi sahədə, həm hərbi sahədə. Beynəlxalq mövqelərimiz möhkəmlənir" Prezident bildirib.

İlham Əliyrevin sözlərinə görə, 2012-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi siyasi hadisələr baş vermişdir.

"Mən ilk növbədə, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatını qeyd etmək istəyirəm. O bəyanatda deyilmişdir ki, status-kvo qəbuledilməzdir. Yəni, bu, onu göstərir ki, artıq heç kim, hətta bu məsələ ilə məşğul olan vasitəçilər, funksiyaları öz üzərinə götürən ölkələr də bu işğalla, bu vəziyyətlə barışmaq istəmir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir.
Eyni zamanda, 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Eyni zamanda, 2012-ci ildə NATO-nun zirvə görüşündə də qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi haqqında məsələ qoyulmuşdur. Yəni, Qoşulmama Hərəkatında və NATO-da birləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir və bu ölkələrin mövqeyi birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin başqa həlli yoxdur.
Onu da qeyd etmək və bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması heç vaxt mümkün olmayacaqdır. Azərbaycan heç vaxt buna imkan verməyəcəkdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir və bu gün işğal altında olan bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır" dövlət başısı deyib.

Pre\ident hesab edir ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın. Bununla bərabər, heç kəs üçün sirr deyildir ki, biz ordu quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan Ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, helikopterlər, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş, eyni zamanda, daxildə 40-dan yuxarı sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir.

"Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, 2012-ci ildə çox əlamətdar hadisə baş vermişdir, TANAP layihəsi imzalanmışdır. TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir.
Eyni zamanda, 2012-ci ildə digər vacib layihə - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla icra edilmişdir. Əminəm ki, gələn il biz bu dəmir yolunun açılışını qeyd edəcəyik.
2012-ci ildə humanitar sahədə böyük işlər görülmüşdür. Bakı sivilizasiyalararası dialoqun təşkili, genişləndirilməsi üçün artıq dünya mərkəzinə çevrilmişdir. Uğurla keçirilmiş İkinci Beynəlxalq Humanitar Forum, onun nəticələri, bu sahədə əldə edilmiş nailiyyətlər ölkəmizi həm dünyaya təqdim edir, eyni zamanda, bizim təcrübəmiz mən əminəm ki, başqa ölkələrdə öyrənilir. Çünki Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi, mehribanlıq şəraitində yaşayırlar və yaşayacaqlar. Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir.
2012-ci ildə idman sahəsində böyük qələbələr əldə edilmişdir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə qazanmışdır. On medal qazanmışıq. Onlardan ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Tarixdə ilk dəfə olaraq biz on medala imza atdıq. Beləliklə, Olimpiya Oyunlarının yekunlarına görə Azərbaycan dünya miqyasında 30-cu, Avropada 15-ci, müsəlman aləmində isə 3-cü yerə layiq görülmüşdür.
İlin sonunda bizə bir şad xəbər də çatdı. Dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərar qəbul edilmişdir. Bu da bizim böyük qələbəmizdir. Bu oyunlar tarixdə birinci oyunlar kimi qalacaqdır. Avropanın birinci Olimpiya Oyunlarını Azərbaycanda, Bakıda keçirmək, əlbəttə, bizim üçün böyük şərəfdir, böyük məsuliyyətdir, eyni zamanda, ölkəmizdə görülən işlərə Avropa Olimpiya ailəsi tərəfindən verilmiş yüksək qiymətdir. Nəzərə alsaq ki, bu il biz Avropanın və dünyanın birinci mahnı müsabiqəsini - "Eurovision" müsabiqəsini böyük məharətlə, ustalıqla keçirmişik, əminəm ki, Avropa Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirəcəyik. Bax bütün bu dediyim sahələrdə 2012-ci il uğurlu il kimi tarixdə qalır və əldə edilmiş bu nailiyyətlər bizə imkan verir ki, 2013-cü ilə də böyük nikbinliklə baxaq. Əminəm ki, gələn ildə də ölkə qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir.
Bu gün biz, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları səmimi qəlbdən salamlayıram, onları təbrik edirəm. Onlara bildirmək istəyirəm, fəxr edə bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün dünyanın bir nömrəli beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüdür. O dövlətdir ki, hətta böhranlı illərdə öz iqtisadi inkişafını davam etdirmiş, öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır.
Mən dünyada yaşayan bütün azərbaycanlıları bu gözəl bayramlar - həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!" İlham Əliyev təbrikinin sonunda deyib.

Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Loading Bars
Xəbər lenti
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev
Xilaskar Prezident
Şəmkir sakinindən silah götürülüb (FOTO)
Azərbaycana daha 5 zubr gətirilib (FOTO/VİDEO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
Astarada daha 2 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim
Ödənişləri PAŞA Bank kartı ilə etmək üçün daha bir səbəbiniz var!
Dövlət Gömrük Komitəsinin sədri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Prezident İlham Əliyev: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Prezident İlham Əliyev: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?
Prezident İlham Əliyev: Paşinyan 7 şərti bizə irəli sürəndə demişəm, sənin yeddi şərtini zibil yeşiyinə atıram
Biləsuvarda rayondan çıxmaq istəyən koronavirus xəstələri postda saxlanılıb
Azərbaycan Prezidenti: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdi, hanı o xəritələr?
Prezident İlham Əliyev: Əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaradıb
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
Azərbaycan Prezidenti: Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq
Prezident İlham Əliyev: Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, elə bil ki, vəhşi qəbilə keçib oradan
Rektor etiraz etdi, Yerevanda keçiriləcək iclas və seçki ləğv olundu
Azərbaycan Prezidenti: Biz erməni faşizmini məhv etdik
Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın
Azərbaycan Prezidenti: Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir
Prezident İlham Əliyev: Saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi
Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir
Britaniyadakı azərbaycanlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Balakəndə maska taxmayanlar cərimələnib
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Vilyam Hacıyev koronavirusa yoluxdu
Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım (FOTO)
Hesab.az-da “2QAT Sevinc” kampaniyasının vaxtı uzadıldı
İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi – Deputat
Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat
Rabitəbank müştərilərinə “Green Friday” endirimini təklif edir
Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL
Rusiyada terror aktlarının qarşısı alınıb
Müəllimlərin əmək haqqını mənimsəyən məktəb direktoruna yeni ittiham irəli sürüldü
Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika
COVİD-19-a yoluxmuş bütün xəstələr həkim nəzarəti altında müalicə olunmalıdır - TƏBİB
Ermənistanda daha iki nazir müavini istefa verdi
Çayda batan şəxsin meyiti tapılıb
Özünüməşğulluq proqramı Kəlbəcərdə (FOTO)
Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq
Kaspersky 2021-ci ildə mürəkkəb təhdidlərin mənzərəsinin necə olacağı barədə danışıb
İtaliya Azərbaycanın azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasında maraqlıdır (FOTO)
Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb
Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
“AzerGold”un fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib (FOTO)
Kəlbəcər həqiqi sahiblərinə qayıtdı - Türkiyə hökuməti
“AccessBank”da kadr dəyişikliyi
Postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edildi
Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər
Kəlbəcərin peykdən görüntüləri yayılıb (FOTO)
Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri (FOTO/VİDEO)
Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur - Deputat
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiqlənib
Kəlbəcərin təhsil statistikası açıqlanıb
Ordumuz Kəlbəcərdə Ermənistanla sərhəddəki yüksəklikləri tutacaq - Vaqif Dərgahlı (FOTO)
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Noyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat
Qazaxıstanda koronavirusa daha 720 nəfər yoluxub
Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs alan ilk namizəddir
İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər (FOTO/VİDEO)
Bütün xəbərlər