...

II İlia: Qafqaz müsəlmanları liderinin Gürcüstana səfəri iki xalq arasında dostluğun təzahürüdür

Siyasət Materials 3 Yanvar 2013 13:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Qafqaz müsəlmanlarının dini liderinin Gürcüstana səfəri Azərbaycan və Gürcüstan xalqları arasında olan dostluğun təzahürüdür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gürcüstanın katolikos-patriarxı II İlia Tbilisiyə gələn Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşündə bildirib.

"Mən səfərdən məmnunam və azərbaycanlı dostuma minnətdaram", - II İlia qeyd edib.

QMİ sədrinin səfərində məqsəd Gürcüstan katolikos-patriarxı II İlianın intronizasiyasının 35 iliyi və anadan olmasının 80 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir.

Allahşükür Paşazadə aerportda jurnalistlərə bildirib ki, II İlia ilə xeyli müddətdir dostdurlar və onu böyük qardaşı hesab edir.

"Gürcüstan patriarxının bizə qarşı isti münasibətini tez-tez hiss edirik və mən onun ad gününə gəlməyə bilməzdim", - QMİ sədri vurğulayıb.

Gürcüstan patriarxının ad günü ilə əlaqədar təntənəli mərasimlərin yanvarın 4-də keçirilməsi nəzərdə tutulub.

II İlia saat 12:00-da Tbilisidəki Sioni kilsəsində bayram ayinini həyata keçirəcək, saat 18:30-da isə Dövlət Filarmoniyasında Gürcüstan opera və estrada ulduzlarının iştirakı ilə böyük konsert təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti