Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/
Müsavat Partiyası Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak barədə qərar verib. Trend-in məlumatına görə, qərar Müsavat Partiyası Məclisinin cümə günü keçirilən sessiyasında qəbul olunub.
Məclis, həmçinin partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinə də qərar verib.