...

Suriyada azad edilmiş məhbuslar arasında Türkiyə vətəndaşları da var

Siyasət Materials 9 Yanvar 2013 17:43 (UTC +04:00)
Bu gün Suriya hakimiyyətinin azad etdiyi mülki məhbuslar arasında dörd Türkiyə vətəndaşı da var.
Suriyada azad edilmiş məhbuslar arasında Türkiyə vətəndaşları da var

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Tağıyeva/

Bu gün Suriya hakimiyyətinin azad etdiyi mülki məhbuslar arasında dörd Türkiyə vətəndaşı da var. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Nigerdə rəsmi səfərdə olan Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Suriya həbsxanalarından mülki dustaqların azad edilməsi faktını alqışlayır.

Suriya hakimiyyəti ölkədə nümayişlər zamanı həbs edilmiş 2100 mülki dustağı azad edib. Suriya hakimiyyəti bütün məhbusların bundan əvvəl Suriyanın müxalifət qüvvələri tərəfindən saxlanılan 48 İran vətəndaşı ilə mübadilə edilməsinə razılıq verib.

Məhbusların mübadiləsi Qətərin və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti