...

Azərbaycanın hakim partiyasının gəncləri 20 Yanvarla bağlı anım mərasimi keçirəcək

Siyasət Materials 17 Yanvar 2013 15:46 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yürüş keçirəcək.
Azərbaycanın hakim partiyasının gəncləri 20 Yanvarla bağlı anım mərasimi keçirəcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirəcək.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, tədbir yanvarın 19-u saat 12:00-da baş tutacaq.

Məlumatda qeyd olunur ki, "Şəhidlər ölməz!!!" adlı anım tədbirində köynəklərinin üzərinə 20 Yanvar şəhidlərinin şəkillərini yapışdırmış gənclər "Əbədi Məşəl" önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin 20 Yanvar hadisələri ilə bağlı mövqeyini dünyaya bəyan edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti