...

Şamaxı-Avaxıl avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 18 Yanvar 2013 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Şamaxı-Avaxıl avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 11 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Avaxıl avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti