...

Prezident İlham Əliyev Mülki və Cinayət məcəllələrinə dəyişiklikləri təsdiq edib

Siyasət Materials 18 Yanvar 2013 20:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev Mülki və Cinayət məcəllələrinə dəyişiklikləri təsdiq edib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Mühasibat uçotu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsində və 14.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 14.6-cı maddəsinin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

"Mühasibat uçotu haqqında" qanuna aşağıdakı məzmunda 13.3-cü və 14.6-cı maddələr əlavə edilib:

"13.3. Siyasi partiyalar bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib edirlər.

14.6. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirirlər.".

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 169-1-ci maddə əlavə edilsin:

"Maddə 169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə

Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə - min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti