...

Elmar Məmmədyarov Uruqvay Prezidentinin xüsusi elçisi ilə görüşüb

Siyasət Materials 22 Yanvar 2013 17:24 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Uruqvay Prezidentinin xüsusi elçisi ilə görüşüb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kanepa Uruqvay Prezidenti Xose Alberto Muxica Kordanonun xüsusi tapşırığı ilə Azərbaycana səfər etdiyini və ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Dövlət katibi Diyeqo Kanepa Cənubi Qafqaz və Orta Asiya regionu, xüsusən də bu regionda həyata keçirilən iri layihələr və baş verən proseslərlə yaxından tanış olduğunu, həmçinin Azərbaycanda gedən inkişaf proseslərini diqqətlə izlədiklərini qeyd edib.

Məmmədyarov, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın mənfi nəticələri barədə qonaqlara məlumat verib və işğalın aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri xatırladıb.

Azərbaycanın da ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir, hər iki ölkə üçün uyğun sahələrin seçilməsini və həmin sahələrə investisiya qoymaq imkanlarının öyrənilməsinin vacibliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti