...

İlham Əliyev Davosda "Microsoft International" şirkətinin prezidenti ilə görüşüb

Siyasət Materials 24 Yanvar 2013 17:23 (UTC +04:00)
Yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşü olub.
İlham Əliyev Davosda "Microsoft International" şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşü olub.

Görüşdə "Microsoft İnternational" şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Bu şirkətin Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi istiqamətində təklif etdiyi xidmətlərin əhəmiyyəti vurğulandı.

İnformasiya təhlükəsizliyinə dair məsələlərin müzakirə olunduğu görüşdə "Microsoft İnternational" ilə Azərbaycan arasında gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin ölkəmizdə informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti