...

Türkiyə XİN: Suriyada heç vaxt kürd və ələvi dövlətləri yaradılmayacaq

Siyasət Materials 26 Yanvar 2013 13:04 (UTC +04:00)
Suriya ərazisində heç vaxt kürd və ələvi dövlətləri yaradılmayacaq. Trend-in şənbə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Türkiyə XİN: Suriyada heç vaxt kürd və ələvi dövlətləri yaradılmayacaq

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Suriya ərazisində heç vaxt kürd və ələvi dövlətləri yaradılmayacaq. Trend-in şənbə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Davudoğlunun sözlərinə görə, Bəşşar Əsəd hakimiyyətdən getdikdən sonra Suriyada unitar dövlət quruluşu saxlanılacaq.

Qeyd edək ki, daha əvvəl bəzi ərəb KİV-ləri Suriya Prezidenti Bəşşar Əsədin hakimiyyətdən getməsindən sonra kürd və ələvi dövlətlərinin yaradılacağı barədə məlumat yaymışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti