...

İsmayıllı rayon İcra Hakimiyyəti son hadisələrlə bağlı məlumat yayıb

Siyasət Materials 29 Yanvar 2013 19:26 (UTC +04:00)
"Bu il yanvarın 23-də İsmayıllıda baş vermiş insident və bəzi destruktiv qrupların bu hadisəni siyasiləşdirmək, rayonda ictimai-siyasi sabitliyi pozmaq, dövlət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmaq cəhdlərinin qarşısının qətiyyətlə alınması əyani şəkildə təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi heç vaxt dağıdıcı qüvvələrə meydan verməyəcək", - məlumatda deyilir.
İsmayıllı rayon İcra Hakimiyyəti son hadisələrlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

İsmayıllı rayon İcra Hakimiyyəti son hadisələrlə bağlı məlumat yayıb. Bu barədə Trend AzərTAc-a istinadən məlumat verir.

"Bu il yanvarın 23-də İsmayıllıda baş vermiş insident və bəzi destruktiv qrupların bu hadisəni siyasiləşdirmək, rayonda ictimai-siyasi sabitliyi pozmaq, dövlət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmaq cəhdlərinin qarşısının qətiyyətlə alınması əyani şəkildə təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi heç vaxt dağıdıcı qüvvələrə meydan verməyəcək", - məlumatda deyilir.

Qeyd olunur ki, Azərbaycanın inkişafından, beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bəzi daxili destruktiv qruplar və xarici anti-Azərbaycan dairələr təəssüf ki, öz təxribatçı fəaliyyətini davam etdirir, müxtəlif vasitələrlə məkrli niyyətlərini reallaşdırmağa çalışırlar. Bu gün Rusiya Federasiyasının və Azərbaycanın bəzi kütləvi informasiya vasitələri guya İsmayıllı rayonunda yaşayan rus əhalinin, konkret olaraq, İvanovka kəndinin sakinlərinin sıxışdırılması, onların hüquqlarının pozulması və s. həqiqətə uyğun olmayan, tam yalan və qərəzli məlumat yayıblar.

"Bununla əlaqədar bildiririk ki, Azərbaycan xalqı həmişə öz tolerantlığı ilə seçilmiş, ölkəmizdə mövcud olan birgəyaşayış modeli bütün dünyada nümunə kimi qəbul olunub. Ölkəmizin hər yerində olduğu kimi, İsmayıllı rayonunda bir sıra xalqların nümayəndələri olduqca mehriban, qarşılıqlı hörmət şəraitində yaşayır, bu günə kimi onlara qarşı hər hansı ayrı-seçkilik halı müşahidə olunmayıb, mövcud problemlərinin həlli üçün zəruri tədbirlər görülüb. Buna görə də müxtəlif maraqlı dairələrin belə dezinformasiyalarla Azərbaycanda və ya onun ayrı-ayrı bölgələrində vəziyyəti gərginləşdirmək, milli ayrı-seçkilik toxumu səpmək cəhdləri heç vaxt baş tutmayacaq", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti