...

Əli Əhmədov: Beynəlxalq təşkilatlar Azərbaycanın daxili problemlərinə kobud şəkildə müdaxilə etməməlidir

Siyasət Materials 8 Fevral 2013 14:23 (UTC +04:00)
Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək.
Əli Əhmədov: Beynəlxalq təşkilatlar Azərbaycanın daxili problemlərinə kobud şəkildə müdaxilə etməməlidir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək. Eyni zamanda, biz heç arzu etməzdik ki, beynəlxalq təşkilatlar ölkənin daxili problemlərinə kobud şəkildə müdaxilə etsinlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsinə münasibət bildirərkən deyib.

"Azərbaycanın bir bölgəsində iğtişaş törədilib və təbiidir ki, bu iğtişaşlarla əlaqədar Azərbaycanın qanunları çərçivəsində araşdırmalar aparılır və bu araşdırmalar nəticəsində iğtişaşların törədilməsində günahkar bilinən sizin adını çəkdiyiniz iki nəfər də həbs edilib", - Əhmədov əlavə edib.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində onların nə dərəcədə bu iğtişaşların törədilməsində iştirakı və ya günahları aşkar ediləcək. Əgər təsdiq olunsa, qanun çərçivəsində onların əməllərinə hüquqi qiymət veriləcək, təsdiq olunmasa isə başqa bir reallıq ortaya çıxacaq.

"Bu və ya digər işlərdə günahlandırılan insanlara hüquqi qiymət verilməsinə beynəxalq təşkilatların təpki göstərməsi də o qədər ürəkaçan və müsbət qarşılana biləcək reaksiya deyil. Hər bir milli dövlətə və xalqa öz problemlərini qanun çərçivəsində, təbii ki, insan haqlarına hörmət etməklə həll etmək imkanı verilməlidir. Bu hüquq hər bir dövlətə, hər bir xalqa mənsubdur. Bu mənada hesab edirəm ki, Avropa Şurasının tələsik bəyanatı bəlkə də yerinə düşmür", - YAP rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti