...

Azərbaycan səfiri Timor-Leste Prezidentinə etimadnamələrini təqdim edib

Siyasət Materials 14 Fevral 2013 14:27 (UTC +04:00)
Azərbaycan səfiri Tamerlan Qarayev Timor-Leste Prezidenti Taur Matan Ruaka Azərbaycanın Timor-Leste Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış etimadnamələri təqdim edib.
Azərbaycan səfiri Timor-Leste Prezidentinə etimadnamələrini təqdim edib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan səfiri Tamerlan Qarayev Timor-Leste Prezidenti Taur Matan Ruaka Azərbaycanın Timor-Leste Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış etimadnamələri təqdim edib.

Azərbaycanın İndoneziyada, eyni zamanda Sinqapur, Filippin, Timor-Lestedəki səfirliyindən Trend-ə verilən məlumata görə, Prezident ilə görüşdə Qarayev Azərbaycanın Timor ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə inkişafına əhəmiyyət verdiyini qeyd edib. Səfir Timor ilə qarşılıqlı faydalı əməkdaşlığımızın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlığ Qarabağ münaqişəsi haqqında söhbət açan səfir, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu və Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu bildirib.

Timor-Leste Prezidenti iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bildirib. O, Timor-Leste iqtisadiyyatının inkişaf etdiyini, Azərbaycanın bu çərçivədə təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu, ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu qeyd edib. Prezident Timor dövlətinin Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini və bu çərçivədə hökumətinə səfirlik ilə sıx əməkdaşlıq etməyə tövsiyələrinin veriləcəyini vurğulayıb.

Qarayev ikitərəfli münasibətlərin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin və dövlətlər arasında hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib.

Ruak hüquqi bazanın yaradılması üçün aidiyyəti nazirliklərə müvafiq tapşırıqların veriləcəyini və qısa zamanda Azərbaycan tərəfinə layihələrin təqdim olunacağını vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti