...

İlham Əliyev Litva Prezidentini təbrik edib

Siyasət Materials 15 Fevral 2013 18:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Litva Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan-Litva münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsinə öz müsbət təsirini göstərir.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda səylərimiz bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Dalya Qribauskayteyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Litva xalqına sülh və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti