...

Küveyt-Azərbaycan münasibətləri uğurla inkişaf edir

Siyasət Materials 25 Fevral 2013 20:48 (UTC +04:00)
Küveyt və Azərbaycan arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir.
Küveyt-Azərbaycan münasibətləri uğurla inkişaf edir

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Tağıyeva/

Küveyt və Azərbaycan arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi təhsil naziri Misir Mərdanov Küveytin Azərbaycandakı səfirliyinin Küveyt Dövlətinin milli bayramı münasibətilə təşkil etdiyi tədbirdə deyib.

Nazir ölkələr arasında diplomatik münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Küveytin Azərbaycandakı səfirinin işlər üzrə səlahiyyətli nümayəndəsi Sultan əl-Arada qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişafının parlaq nümunəsi fevralın 13-14-də Azərbaycanda iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə Ali Şurasının iclasının keçirilməsidir.

O, həmçinin bildirib ki, Küveyt Azərbaycan ilə əlaqələrin bundan sonra da inkişafında maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti