...

Misirdə baş vermiş qarşıdurmada bir nəfər ölüb, onlarla insan yaralanıb

Siyasət Materials 3 Mart 2013 00:11 (UTC +04:00)
Misirin Əl-Mənsur şəhərində baş vermiş kütləvi qarşıdurmada bir nəfər ölüb, onlarla insan yaralanıb.
Misirdə baş vermiş qarşıdurmada bir nəfər ölüb, onlarla insan yaralanıb

Azərbaycan, Bakı, 3 mart /Trend/

Misirin Əl-Mənsur şəhərində baş vermiş kütləvi qarşıdurmada bir nəfər ölüb, onlarla insan yaralanıb. Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, həlak olmuş Xossam Abdulla Abdeləzim gənc olub.

Şahidlərin sözlərinə görə, o, polisin kütləyə təzyiqləri nəticəsində ölüb.

Məlumatda deyilir ki, daha bir etiraz aksiyası Port-Səid şəhərində baş tutub.

Aksiyada həbs olunmuşların azad edilməsini tələb edən etirazçılar polis məntəqəsini daşa tutub, binaya "molotov kokteyl"ləri atıblar.

Port-Səid şəhərindəki aksiyanın nəticələri haqqında geniş məlumat verilmir.

Qeyd edək ki, Əl-Mənsur və Port-Səid şəhərlərindəki aksiyalar ABŞ dövlət katibinin Misirə səfəri fonunda baş tutub.

Xəbər lenti

Xəbər lenti