Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir E.Mehdiyev/
Türkiyənin "Bora Jet" özəl şirkəti tərəfindən Van-Yerevan marşrutu üzrə aviareyslərin bu ilin yay aylarında həyata keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə "Bora Jet" şirkətindən bildirilib.
Şirkətdən o da bildirilib ki, hazırda aviareyslərin açılması üçün tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-i Türkiyənin Van şəhəri ilə Ermənistanın paytaxtı Yerevan arasında daimi aviareys açılacağı barədə məlumat vermişdi. Uçuşlar Türkiyənin "Bora Jet" özəl aviaşirkəti tərəfindən həyata keçiriləcək.