...

Vatikan kardinalları mətbuatla əlaqələri müvəqqəti olaraq dondurublar

Siyasət Materials 6 Mart 2013 23:33 (UTC +04:00)
Kardinallar kollegiyası yaxın müddət ərzində mətbuatla əlaqələrin dondurulması haqqında qərar qəbul edib.
Vatikan kardinalları mətbuatla əlaqələri müvəqqəti olaraq dondurublar

Azərbaycan, Bakı, 6 mart /Trend/

Kardinallar kollegiyası yaxın müddət ərzində mətbuatla əlaqələrin dondurulması haqqında qərar qəbul edib. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir ki, bunu Vatikan kardinalının rəsmisi Federiko Lombardii deyib.

"Kardinallar kollegiyası yeni müqəddəs atanın seçilməsi yolundadır və bu təmiz vicdanla olmalıdır. Yaxınlaşan hadisədə iştirak edən hər bir kəsin azadlığı və müstəqilliyi üçün zəmanət verən anonimlik ənənəsi var" - deyə o bildirib.

Qeyd edək ki, bir sıra mətbuat orqanlarının məlumatlarına görə, kardinallar kollegiyasında amerikalı və italyan kardinallar arasında konklavın təşkili ilə bağlı mübahisələr gedir.

Xəbər lenti

Xəbər lenti