...

Keniyanın yeni seçilmiş prezidenti beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib

Siyasət Materials 9 Mart 2013 20:49 (UTC +04:00)
Keniyanın yeni seçilmiş prezidenti Uxuru Keniata beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Keniyanın yeni seçilmiş prezidenti beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib

Azərbaycan, Bakı, 9 mart /Trend/

Keniyanın yeni seçilmiş prezidenti Uxuru Keniata beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib. Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, bunu seçicilərin 50 faizdən bir qədər artıq səsini qazanmış yeni prezident tərəfdarlarına müraciət edərkən, söyləyib.

"Biz beynəlxalq öhdəliklərimizi qəbul edirik və bütün dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq" - deyə Keniata deyib.

Xəbər lenti

Xəbər lenti