...

Ramil Usubov: Daxili Qoşunlar daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilib

Siyasət Materials 12 Mart 2013 13:54 (UTC +04:00)
Usubov çıxışında qeyd edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət nümayiş etdirir.
Ramil Usubov: Daxili Qoşunlar daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilib

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İzzət/

Daxili Qoşunların şəxsi heyəti milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə axşamı Daxili Qoşunların yaranmasının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Usubov çıxışında qeyd edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət nümayi etdirir.

"Keçilmiş yola nəzər salanda görürük ki, Azərbaycan xalqına, dövlətçiliyinə xidmət Daxili Qoşunları fəaliyyətində daim aparıcı istiqamət olmuşdur", nazir qeyd edib.

Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Daxili Qoşunların sosial problemlərinin son illərdə çox sürətlə öz həllini tapdığını vurğulayan nazir bildirib ki, zabitlər üçün yaşayış komplekslərinin tikilməsi, müasir standartların tələblərinə uyğun əsgər yataqxanalarının istifadəyə verilməsi buna bariz nümunədir.

Daxili Qoşunların qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldiyini deyən Usubov Silahlı Qüvvəbrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da qarşıda duran bütün vəzifələri yüksək səviyyədə уеrinə yetirəcək, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Аli Baş Komandana sədaqətli xidmətini davam etdirəcək.

Tədbirdə çıxış edən Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov isə bildirib ki, ötən illәг ərzində Daxili Qoşunlar ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 510 nəfəri həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb, 9 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Daxili Qoşunların yüksək döyüş hazırlığına malik bir qurum olduğunu deyən Həsənov bildirib ki, Аli Baş Komandan, Prezident İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda davamlı olaraq inkişaf prosesi gedir.

"Bu gün qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Daxili Qoşunlar Komandanı əminliklə vurğulayıb ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti vəzifələrini tam yerinə yetirməyə qadirdir.

Sonra tədbirdə Usubov Daxili Qoşunların xidmətdə fərqlənmiş hərbi qulluqçularına medallar, bir qrup hərbçiyə isə rütbə və mükafatlar təqdim edib.

Daxili Qoşunların 21 illik yubileyinə həsr olunmuş tədbirin yekunu olaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Аli Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

Qeyd edək ki, martin 12-də Daxili Qoşunlannın yaranmasının 21-ci ildönümü tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti