...

Türkiyə Silahlı Qüvvələrinin generalları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Mart 2013 14:09 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti çərşənbə günü Fəxri və Şəhidlər xiyabanlarında olublar.
Türkiyə Silahlı Qüvvələrinin generalları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 12:21-də yayılıb)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti çərşənbə günü Fəxri və Şəhidlər xiyabanlarında olublar. Onlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramlarını bildiriblər. Bunun ardınca isə Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarlarını ziyarət ediblər. Onlar həmçinin türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət ediblər.

Trend-in məlumatına görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti və 9 generalı var.

Nümayəndə heyətinə Türkiyə Cümhuriyyətinin Baş Qərargahının idarə rəisi, general-polkovnik Musa Avsever başçılıq edir.

Qeyd edək ki, martın 15-dək davam edəcək səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti