Azərbaycan, Bakı, 15 mart /Trend/
2013-cü ilin fevral-mart ayları ərzində Gürcüstan ərazisində aparılmış sosioloji sorğunun nəticələrinə görə, əhalinin 82 faizi Rusiya ilə başlanmış dialoqun davam etdirilməsinin tərəfdarıdır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Gürcüstan əhalisinin 63 faizi hesab edir ki, Rusiyadan siyasi və iqtisadi təhlükə var.
67 faiz gürcüstanlı isə hesab edir ki, onlar üçün ən böyük problem işsizlik, eyni zamanda, ərazi bütövlüyünün təmin ediməsi və sosial problemlərin aradan qaldırılmasıdır.
Gürcüstanın bütün regionlarında keçirilmiş sorğuda 1500 nəfər iştirak edib.