...

DİN və Baş Prokurorluq MDU-nun müəlliməsilə bağlı yayılan xəbərləri təkzib edib

Siyasət Materials 24 Mart 2013 14:24 (UTC +04:00)
Bəzi kütləvi informasiya vasitələrində Moskva Dövlət Universitetinin Bakı filialının müəlliməsinin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilib. Trend-in məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı açıqlamada xəbər verilir.
DİN və Baş Prokurorluq MDU-nun müəlliməsilə bağlı yayılan xəbərləri təkzib edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 mart /Trend/

Bəzi kütləvi informasiya vasitələrində Moskva Dövlət Universitetinin Bakı filialının müəlliməsinin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilib. Trend-in məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı açıqlamada xəbər verilir.

"Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, martın 21-də saat 16 radələrində iki naməlum şəxs Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Moskva Dövlət Universitetinin Bakı filialının orta yaşlı müəlliməsini zorlamağa cəhd göstərib. Müəllimənin müqavimətini qıra bilməyən həmin şəxslər hücuma məruz qalmış qadının sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə onun fotoaparatını, qızıl üzüyünü və qol saatını ələ keçirərək hadisə yerindən qaçıblar. Həyatı təhlükə altında olan müəllimə öz ləyaqət və şərəfini qoruyub saxlaya bilib" - deyə məlumatda vurğulanır.

Faktla bağlı həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,149.2.1 (bir qrup şəxs tərəfindən zorlamaya cəhd) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının "isti izlər"lə birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Abşeron rayonunun Qobu qəsəbə sakinləri Elşad Nərimanov və İlkin Sadıqov tərəfindən törədilməsi müəyyən edilib.

Davam etdirilən təxirəsalınmaz tədbirlər nəticəsində E.Nərimanov və İ.Sadıqov yaxalanıblar. Onlardan zərərçəkmişə məxsus əşyalar götürülərək istintaqa təqdim olunub.

E.Nərimanov və İ.Sadıqov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti