...

Eşton İraqda ölüm hökmünün bərpasına qarşı çıxıb

Siyasət Materials 28 Mart 2013 00:14 (UTC +04:00)
Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton İraqda çoxsaylı ölüm hökmlərinin həyata keçirilməsilə bağlı narahatlığını bildirib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, 2012-ci ildə İraqda 123 ölüm hökmü icra edilib.
Eşton İraqda ölüm hökmünün bərpasına qarşı çıxıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton İraqda çoxsaylı ölüm hökmlərinin həyata keçirilməsilə bağlı narahatlığını bildirib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, 2012-ci ildə İraqda 123 ölüm hökmü icra edilib.

"Ona görə də, mən dərin təəssüf hissi keçirirəm ki, İraq hakimiyyəti ölüm hökmünü bərpa etməyə qərar verib" - deyə o əlavə edib.

Onun sözlərinə görə, İraqa ölüm hökmü ilə bağlı Aİ-nin birmənalı mövqeyi bəllidir. Aİ əmindir ki, ölüm hökmü fundamental insan hüquqlarına qarşıdır.

O, İraq hakimiyyətini ölüm hökmünü tətbiq etməkdən çəkinməyə, vətəndaşlıq və siyasi hüquqlar haqqında Beynəlxalq paktda qoşulmağa çağırıb.

"Buna qədər isə hökumət ölüm hökmünə moratorium qoymalıdır" - deyə Eşton bildirib.

Xəbər lenti

Xəbər lenti