ATƏT-in Xarici İşlər Nazirlərinin Şurası (XİNŞ) 5-6 dekabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Rusiyanın xairici iİşlər naziri Sergey Lavrovun çıxışına istinadən "Ria-Novosti" agenrliyi xəbər yayıb.
"Ümümilikdə biz Ukrayna sədrliyinin (ATƏT-də) müvəffəqiyyətinə və 5-6 dekabr tarixlərində Kiyevdə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasının səmərəli keçirməsinə hər cür kömək etmək üçün köklənmişik", - Lavrov cümə günü ukraynalı həmkarı Leonid Kojara ilə keçirilən danışıqların yekunu barədə danışarkən qeyd edib.