...

Elmar Məmmədyarov: Azərbaycanın prioritet məsələlərindən biri Aİ ilə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsidir

Siyasət Materials 5 Aprel 2013 14:59 (UTC +04:00)
Azərbaycanın tarixində ilk dəfə 2012-ci ildə BMT TŞ –da öz yerini tutması və həmin ilin mayında TŞ-na rəhbərlik etməsi böyük naliyyətdir.
Elmar Məmmədyarov: Azərbaycanın prioritet məsələlərindən biri Aİ ilə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsidir

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın öz tarixi ərzində ilk dəfə 2012-ci ildə BMT Təhlükəsizlik Şurasında (TŞ) öz yerini tutması və həmin ilin mayında TŞ-na rəhbərlik etməsi böyük nailiyyətdir. Trend-in məlumatımna görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov "The Business Year" jurnalına müsahibəsində bildirib.

"Bu, 1990-cı illərin əvvəllərində tam siyasi və iqtsadi böhran həddindən uzun yol qət edən ölkə üçün çox əhəmiyyətli uğurdur. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan BMT TŞ-na qeyri-daimi üzv seçilən birinci, MDB-dən isə ikinci ölkədir", - nazir bildirib.

"Prezident İlham Əliyevin TŞ-da çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq hüquq və ədaləti daim dəstəkləyəcək və bu rol ölkəyə praktikada beynəlxalq hüququn və mövcud beynəlxalq sistemin təməl prinsiplərinə çoxdankı sədaqəti reallaşdırmağa icazə verib", - Məmmədyarov bildirib.

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, paytaxt Bakı Bakı Beynəlxalq Humanitar Forumu, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrinin hökümət başçılarnın sammiti, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ASPBK) və "Eurovision- 2012" daxil olmaqla müvəffəqiyyətlə keçirilən bir sıra tədbirlərin, regional və beynəlxalq görüşlərin kontekstində diqqət mərkəzində olub.

"2012-ci ilin sentyabrında biz, həmçinin Bakıda əldə olunan naliyyətlərə baxmaq və xarici siyasətimiz üçün gələcək çağırışları qiymətləndirmək imkanı verən Azərbaycan səfirlərinin üçüncü müşavirəsini keçirdik. Müşavirə Azərbaycan Diplomatik Akademiyasının yeni korpusunun aşılışı ilə üst-üstə düşdüyündən böyük müvəffəqiyyətlə yekunlaşdı", - Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycan diplomatiyasının naliyyətlərinə toxunub və onun həll etməli olduğu konkret məsələləri müəyyən edib.

Nazirin sözlərinə görə, Azərbaycanın xarici siyasətində əsas
prioritetlərindən biri Avropa İttifaqı ilə siyasi, iqrisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir.

"Aİ ilə qarşılıqlı əlaqə, şübhəsiz ki, bizə bir çox hədəflərimizə çatmaqda kömək edə bilər və ona görə də biz ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıyıq. Əhəmiyyətlidir ki, Azərbaycan və Aİ arasında əməkdaşlıq səmərəlilik, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmət üzərində qurulub", - Məmmədyarov bildirib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan daim bütün sahələrin inkişafına çalışır və tərəfdaşlardan biri kimi Aİ-nin bu prosesdə fəal iştirakı əhəmiyyətlidir.

"Azərbaycanın qanunvericilik bazasının Avropa standartlarına yaxınlaşdırılması, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, həmçinin vahid Avropa təhsil sisteminə inteqrasiya rəsmi Bakının prioritetləri sırasında qalmaqdadır", - o bildirib.

Bununla da, diplomatın sözlərinə görə, Bakı və Brüssel arasında əməkdaşlıq tarazlaşdırılmış yanaşmaya əsaslanan ümumi maraq doğuran bütün sahələri əhatə etməlidir və bununla əlaqədar Aİ Azərbaycanın prioritet və tələbatlarını nəzərə almalıdır.

"Bizim fikrimizcə, "Şərq Tərəfdaşlığı" proqramı əməşdaşlıq imkanlarının genişlənidirilməsi və inteqrasiya prosesinin dərinləşməsi üçün bütün mexanizmlərin tətbiqini nəzərdə tutur. Lakin Azərbaycan Aİ ilə olan münasibətlərə daha geniş konteksdə baxır və onları "Avropa Qonşuluq Siyasəti" və "Şərq Tərəfdaşlığı" proqramlarının çərçivələri ilə məhdudlaşdırmaq niyyətində deyil",- Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən Azərbaycan Aİ ilə enerji sektorundan kənarda da strateji əlaqələr qurmaq niyyətindədir. 2006-ci ildə Azərbaycan və Aİ arasında bağlanan energetika sahəsində strateji tərəfdaşlıq haqqında Qarşılıqlı Anlaşma Memorandumu (QHM) əsasında bu strategiyanı eyni vaxtda digər sahələrlə birgə inkişaf etdirmək olar.

"Təbii sərvətlərlə zəngin Azərbaycan "Şərq Tərəfdaşlığı"nın ilk günlərindən etibarən Aİ-na "Cənub qaz dəhlizi" konsepsiyasının yaradılmasında əsl maraq və siyasi iradə ifadə edib", - Məmmədyarov qeyd edib.

"Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan yalnız nəql yollarının deyil, ən əhəmiyyətlisi, həm də malların mənbələrinin də şaxələndirilməsində öz töhvəsini verir. 2011-ci ilin yanvarında Azərbaycan Aİ-nin energetika təhlükəsizliyi dioloqu məsələlərində öz mövqeyini Avropa Komissiyası prezidentinin ölkəmizə səfəri zamanı bir daha təsdiqləyib", - nazir bildirib.

Onun sözlərinə görə, bu sənədin imzalanması regional nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi yolu ilə imkanların artımı üçün nişan oldu.

Nazirin sözlərinə görə, Xəzər qazının Avropaya çatdırılması marşurutunun seçilməsinə dair Azərbaycanın və onun tərəfdaşları tərəfindən qəbul olunacaq qərar, ilk növbədə iqtisadi əsaslara, rentabelliyə, şəffaflığa və Avropa bazarının müxtəlif seqmentlərinin uzunmüddətli əvvəlcədən proqnozlaşdırıla bilməsi prinsiplərinə uyğun olacaq.

"Biz hesab edirik ki, Avropanın enerji təhlükəsizliyinə töhfənin artımı Azərbaycan üçün çox üstünlüklər yaradacaq, bunların arasında Avropa bazarlarına çıxış bizim üçün əsas prioritetlərdəndir", - o bildirib.

"Azəbaycanın xarici siyasətinin əsas prioritlərindən biri Cənub-Şərq regionu ilə əməkdaşlığın gücləndirilməsidir", - nazir bildirib.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan Şərq də daxil olmaq şərtilə, bütün coğrafi istiqamətlər üzrə xarici iqtisadi əlaqələri gücləndirmək niyyətindədir.

"Azərbyacan tarixi "İpək Yolu"nun üzərində yerləşir və sözün həqiqi mənasında biz Avropa-Qafqaz-Asiya (ТРАСЕКА) nəqiliyyat dəhlizinə daxil olan ilk ölkə olmuşuq. Azərbaycan ticarət əlaqələrini Şərq ölkələrinin böyük əksəriyyəti ilə, əsasən Çin, Yaponiya, Cənubi Koreya və İndoneziya ilə genişləndirir.

"Azərbaycan sülh istəyir və iqtisadiyyatın sonrakı inkişafına cəhd edir", - o, bildirib.

"Tikintisi bitəndən sonra Azərbaycanla və Şərq arasında qarşılıqlı iqtisadi təsiri yüksəldəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin təşəbbüskarı kimi məhz Bakı çıxış edib", - Məmmədyarov bildirib.

Məmmədyarovun sözlərinə görə, yeni tikilən dəniz və hava limanları da Xəzər və Mərkəzi Asiya regionu arasında ticarət və iqtisadi fəaliyyətin artımı üçün əhəmiyyətli nəqliyyat infrastrukturunu təmin edirlər.

Nazirin sözlərinə görə, Azərbaycan, həmçinin bütün ölklərlə faydalı iqtisadi və ticarət əlaqələrinin genişlənməsində maraqlıdır.

Cənubi Qafqaz regionunda Azərbaycan energetika və nəqiliyat sahəsində böyük layihələrin iştirakçısı, öz strateji tərəfdaşı olan Gürcüstanla iqtisadi əlaqələrini daim inkişaf etdirir.

Nazirin sözlərinə görə, bunun nəticəsində Azərbaycan və Gürcüstan arasında mal dövrüyyəsi ilbəil artır.

"Lakin bizim ölkəmiz Azərbaycanın torpaqlarının 20 faizini hələ də işğal altında saxlayan Ermənistanla ikitərəli əlaqələrə malik deyil", - nazir bildirib.

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına görə regiondan təcrid olunub və bütün regional infrastruktur və enerji layihələrindən çıxarılıb",- nazir bildirib.

"Əgər biz möhkəm sülhə nail olsaq, Ermənistan regional layihələrdə maraqlı tərəflərdən biri kimi çıxış edə bilər",- Məmmədyarov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti