...

İstanbulda XVI Avrasiya İqtisadi Sammiti öz işinə başlayıb

Siyasət Materials 10 Aprel 2013 15:22 (UTC +04:00)
Bu gün Türkiyənin "Mərmərə qrupu" fondunun təşkilatçılığı ilə İstanbulda XVI Avrasiya İqtisadi Zirvə toplantısı öz işinə başlayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
İstanbulda XVI Avrasiya İqtisadi Sammiti öz işinə başlayıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyənin "Mərmərə qrupu" fondunun təşkilatçılığı ilə İstanbulda XVI Avrasiya İqtisadi Zirvə toplantısı öz işinə başlayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Azərbaycanı sammitdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və təhsil naziri Misir Mərdanov təmsil edir.

Sammitin açılışında Türkiyə Prezidenti Abdullah Gülün tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə dünya arenasında Avrasiya regionunun yeri, həmçinin dünyada baş verən proseslərdəki rolu vurğulanır.

"Regionda və bütün dünyada baş verən prosesləri nəzərə alsaq, bu gün bütün regional məsələlərdə koordinasiya və əməkdaşlığın möhkəmləndirilməsi son dərəcə vacibdir", - müraciətdə bildirilir.

42 ölkədən nümayəndələrin iştirak etdiyi sammit aprel ayının 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti