...

Prezident İlham Əliyev Aİ komissarı Ştefan Füleni qəbul edib

Siyasət Materials 2 May 2013 21:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Aİ komissarı Ştefan Füleni qəbul edib

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmi qeyd edildi, enerji və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti