...

İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub (FOTO)

Siyasət Materials 3 May 2013 14:30 (UTC +04:00)
Mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı Cümə Məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2003-cü ildə şəhərin 6-cı mikrorayonunda istifadəyə verilən məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər. 2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə olmuşdur. Dövlətimizin başçısının tapşırığına əsasən məscid əsaslı təmir edilmişdir.

Burada 34 metr hündürlüyündə minarə inşa olunmuş, 480 kvadratmetr sahəyə təzə xalça döşənilmişdir. Məscidin mehrabı yenidən düzəldilmiş, künbəzin iç üzü əlyazmalarla bəzədilmiş, 624 kvadratmetr döşəmə yenidən qurulmuşdur.

Prezident İlham Əliyev Cümə Məscidində yaradılmış şəraitdən razılığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti