...

Mübariz Qurbanlı: "Freedom House" ermənipərəst mövqedən çıxış edir

Siyasət Materials 3 May 2013 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

"Freedom House"un mənası "azad ev" demək olsa da, bu təşkilat azad təşkilat deyil, başqalarının əlində bir vasitədir, bu və ya digər məsələlərdə də qərəzlidir. Bunu Trend-ə "Freedom House" beynəlxalq təşkilatının Azərbaycanla bağlı yeni hesabatına münasibət bildirərkən hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib.

"Bu təşkilat Azərbaycanı daim Ermənistandan aşağı göstərməyə cəhd edir və bu da yolverilməzdir. Biz bu cür təhlilləri pisləyirik. Bu təşkilat hər dəfə hesabatlarında Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe nümayiş etdirir. Təşkilatlar üzrə azadlıqlar indeksini müəyyənləşdirsək, bu təşkilatın özü mənfilər sırasında dayanacaq", - Qurbanlı bildirib.

YAP rəsmisinin sözlərinə görə, bu təşkilat heç bir halda obyektiv hesabat vermir.

"Bu təşkilat o qədər ermənipərəst mövqedən çıxış edir ki, Ermənistan kimi bir rejimi də qismən azad ölkələr sırasına yaxınlaşdırıb. Ermənistanın isə hansı şəraitdə olduğu hamıya bəllidir. Ona görə də hər bir azərbaycanlı "Freedom House" kimi təşkilatlara qarşı mövqe bildirməli, onun qərəzini ifşa etməlidir. Azərbaycanı Ermənistandan aşağı səviyyədə göstərmək heç bir müqayisəyə sığmır. Ermənistanda, ümumiyyətlə, hətta dövlətin mövcud olduğunu qəbul etmək anormaldır. Ermənistan tam kriminallaşmış bir rejimdir və əhali bu ölkədən qaçıb gedir", - Qurbanlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti