...

Kayrgeldi Kabıldin: Azərbaycanın neft sənayesinin müasir tarixi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır

Siyasət Materials 7 May 2013 08:00 (UTC +04:00)
Müstəqil Azərbaycanın neft sənayesinin müasir tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Bunu Trend-ə Qazaxıstanın "QazTransOyl" neft nəqli şirkətinin rəhbəri Kayrgeldi Kabıldin deyib.
Kayrgeldi Kabıldin: Azərbaycanın neft sənayesinin müasir tarixi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır

Qazaxıstan, Astana, 7 may /Trend, müxbir D.Muxtarov/

Müstəqil Azərbaycanın neft sənayesinin müasir tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Bunu Trend-ə Qazaxıstanın "QazTransOyl" neft nəqli şirkətinin rəhbəri Kayrgeldi Kabıldin deyib.

Kabıldinin sözlərinə görə, hazırda Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli marşrutu prioritet istiqamətlərdən biridir.

"Hazırda Qazaxıstan neftinin dünya bazarlarına nəqli üzrə strateji planlarımızda Azərbaycan vasitəsilə marşrut prioritet istiqamətlərdən biridir. "Kaşaqan" yatağından gözlənilən böyük neft həcmi üçün bu istiqamətdən istifadə ediləcək. Və burada şəxsən tanış olduğum hörmətli Heydər Əliyevin bilavasitə xidməti olub", - Kabıldin qeyd edib.

"Mən həmin dövrdə Baş nazir olmuş Nurlan Balqimbayevin Azərbaycan Prezidenti Heydər Əliyev ilə ilk görüşünü xatırlayıram. Heydər Əliyev təklif etdi ki, Qazaxıstan neftinin böyük həcmdə dünya bazarlarına ixracı mütləq Azərbaycan vasitəsilə həyata keçirilməlidir. Və bu ideya reallaşdı", - o qeyd edib.

Kabıldin xatırladıb ki, Xəzər hövzəsindən karbohidrogenlərin sabit və etibarlı nəqlini təmin etmək üçün Azərbaycan meqalayihə - Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisini həyata keçirdi.

"Diqqətəlayiqdir ki, bu planın Qazaxıstanda da həyata keçirilməsinə başlandı. Qazaxıstanın ən böyük yataqlardan biri - "Tengiz"in operatoru olan ABŞ-ın "Şevron" şirkəti 2008-ci ilin oktyabrında Qazaxıstan neftinin tankerlərlə Xəzər dənizi, sonra isə Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəqlinə başladı. Artıq 2008-ci ildə BTC vasitəsilə Aralıq dənizi bazarlarına 314 min ton "Tenqiz" nefti çatdırılmşdı", - o bildirib.

Kabıldinin sözlərinə görə, Qazaxıstan üçün Xəzər regionunun bütün ölkələri ilə əməkdaşlıq ənənəvi haldır.

"Ona görə də bizim üçün ölkələrimizin liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən vaxtilə qəbul olunmuş qərarlar proqramdır", - Kabıldin vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti