...

Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 13 May 2013 17:19 (UTC +04:00)
Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 13-də rəsmi qarşılanma mərasimi olub.
Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 13-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hofburq sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Avstriyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Haynts Fişerə təqdim olundu.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti