...

Rusiya Bakı-Novorossiysk marşurutu üzrə neft tranziti haqqında müqavilənin fəaliyyətini dayandıracaq

Siyasət Materials 14 May 2013 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Rusiya və Azərbaycan 1996-cı ildən fəaliyyət göstərən Azərbaycan neftinin Rusiya ərazisindən Baki-Novorossisyk boru kəməri vasitəsilə tranziti haqqında müqavilənin fəaliyyətini dayandıracaq. Bu barədə müvafiq sərəncamı Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyev mayın 5-də imzalayıb. Trend-in məlumatına görə, bu barədə sənədlə tanış olan mənbə "Praym" agentliyinə məlumat verib.

Sərəncamla Xarici İşlər Nazirliyinə 1996-cı ildə bağlanan "Rusiya Federasiyasının ərazisi vasitəsilə Azərbaycan neftinin tranziti haqqında müqavilənin fəaliyyətinin dayandırılması barədə" Azərbaycana xəbərdarlıq etmək tapşırılıb. Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə tranziti haqqında ikitərəfli Rusiya-Azərbaycan hökumətlərarası saziş bir ton neftin tranziti üçün 15,67 dollar tarifi üzrə ildə beş milyon ton neftin nəql edilməsini nəzərdə tutur.

"Transneft" "TRNFP" prezidentinin məsləhətçisi İqor Demin "Praym" agentliyinə izah edib ki, müqavilədə bütün bu illər ərzində dəyişdirilməyən həcmlər və tarif qeyd edilib. Onun sözlərinə görə, Azərbaycan müqavilədə göstərilən il ərzində 5 milyon ton neft nəql edilməsi haqqında öz öhdəliklərini yerinə yetirməyib, reallıqda isə bu göstərici 2 milyon ton neft olub. Demin vurğulayıb ki, müqavilənin fəaliyyətinin dayandırılması siyasi səviyyədə deyil, təsərrüfatçılıq subyekti səviyyəsində münasibətlərə keçməyə imkan verəcək. Onun sözlərinə görə, tərəflər növbəti illə bağlı yeni tarifin müəyyənləşdirilməsi haqqında danışıqlara başlaya bilərlər. Hazırkı tarifin isə bu il qüvvədə qalması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti