...

Prezidentliyə namizəd: Mühafizəkarlar vahid namizəd məsələsində razılığa gəlməyəcəklər

Siyasət Materials 16 May 2013 15:15 (UTC +04:00)
Qarşıdan gələn prezident seçkiləri ikiqütblü (bipolyar) olmayacaq, Mühafizəkarlar vahid namizəd məsələsində razılığa gəlməyəcəklər və hər bir namizəd seçkilərdə öz proqram ilə iştirak edəcək.
Prezidentliyə namizəd: Mühafizəkarlar vahid namizəd məsələsində razılığa gəlməyəcəklər

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir T.Cəfərov/

Qarşıdan gələn prezident seçkiləri ikiqütblü (bipolyar) olmayacaq, Mühafizəkarlar vahid namizəd məsələsində razılığa gəlməyəcəklər və hər bir namizəd seçkilərdə öz proqram ilə iştirak edəcək. Trend İran televiziyasının rəsmi xəbər saytına (iribnews) istinadən məlumat verir ki, bunu Mühafizəkarlar (Üsulgəralar) düşərgəsindən olan İslam İnqilabı Sabitlik Cəbhəsindən prezidentliyə namizədliyini irəli sürmüş Kamran Baqiri Lənkərani bu gün Yasuc şəhərində tələbələrlə görüşündə deyib.

Lənkərani prezident seçkilərində sona kimi rəqabət aparacağını deyib: "Xalq kimi seçəcəyinə özü qərar verəcək".

2011-ci ildə Əhmədinejad hökumətini tənqid edən bir qrup siyasətçi tərəfindən təsis olunmuş və Üsulgəralar düşərgəsinin bir qanadı hesab olunan İslam İnqilabı Sabitlik Cəbhəsinin prezidentliyə namizəd Kamran Baqiri Lənkərani ilə yanaşı, namizəd kimi İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı baş katibi Səid Cəlilini də dəstəklədiyi bildirilir.

İranda seçkilərdə əsas rəqiblər İslahatçılar və Mühafizəkarlar (Üsulgəralar) düşərgələridir. Ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsi mayın 7-də başlayıb və mayın 11-də bitib. Ümumilikdə 680 nəfərdən artıq şəxs prezident seçkilərində iştirak məqsədilə öz namizədliyini irəli sürüb. Onlardan yalnız 36-sı siyasətçi və ya ölkədə ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən məşhur xadimdir. Onların böyük əksəriyyəti Mühafizəkarlar düşərgəsindən öz namizədliyini irəli sürüb.

İranda 11-ci prezident seçkiləri 2013-cü il iyun ayının 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti