...

Mahmud Əhmədinejad: İran Azərbaycanın müstəqilliyini, inkişafını dəstəkləyir

Siyasət Materials 19 May 2013 01:40 (UTC +04:00)
İranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi etdiyi nümayəndə heyəti Prezident Mahmud Əhmədinejadla görüşüb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
Mahmud Əhmədinejad: İran Azərbaycanın müstəqilliyini, inkişafını dəstəkləyir

Azərbaycan, Bakı, 19 may /Trend/

İranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi etdiyi nümayəndə heyəti Prezident Mahmud Əhmədinejadla görüşüb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

İranın dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdıran Paşazadə mehriban qarşılanma və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib: "Ümid edirik ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına müsbət təsir edəcək. Azərbaycan və İran həmişə bir-birinə dayaq olub və biz inanırıq ki, iki ölkənin əlaqələri daha da inkişaf edəcək".

Əhmədinejad onun da səmimi salamlarını Azərbaycanın dövlət başçısına çatdırmasını Paşazadədən xahiş edib.

Prezident bildirib ki, İran-Azərbaycan əlaqələri qardaşlıq, din və məhəbbət üzərində qurulub: "Və bu xüsusiyyət iki ölkənin əlaqələrini digər ölkələrdən fərqləndirir. İran və Azərbaycan iki qardaş xalq və dövlətdir. İran Azərbaycanın müstəqilliyini, inkişafını dəstəkləyir və ümid edirik ki, Azərbaycan daha da inkişaf edəcək. Bu gün bizim üçün ən önəmli məsələlərdən biri iki ölkə arasında münasibətləri daha da möhkəmləndirməkdir. İran-Azərbaycan münasibətlərinin inkişafını istəməyənlər bu əlaqələrə ziyan vura biləcəklərini düşünməsinlər. Azərbaycan xalqı və dövlətinin həmişə bizim qəlbimizdə yeri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti