...

İran kəşfiyyatı iki terrorçu qrupu zərərsizləşdirib

Siyasət Materials 21 May 2013 08:14 (UTC +04:00)
İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi ölkəyə qaçaqmalçılıq yolu ilə silah gətirən iki terrorçu qrupu zərərsizləşdirib.
İran kəşfiyyatı iki terrorçu qrupu zərərsizləşdirib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir S.Əbubəkirova/

İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi ölkəyə qaçaqmalçılıq yolu ilə silah gətirən iki terrorçu qrupu zərərsizləşdirib. Trend Press TV-yə istinadən məlumat verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, düşmənlər qarşıdakı seçkilər ərəfəsində qanunazidd hərəkətlərlə öz dağıdıcı fəaliyyətini aktivləşdirərək müxtəlif tədbirlər görürlər.

Nazirlik "bir çox düşmən qəsdləri və ssenarilərini aşkar etməyə və neytrallaşdırmağa" müvəffəq olub.

Bu işin nəticəsi olaraq, nazirlik tərəfindən qərb və şərq sərhədlərdən ölkəyə silah daşıyan iki terrorçu qrup aşkar edilib.

Qrup üzvləri tapança və qumbaralar daxil olmaqla, xeyli sayda müxtəlif növ silahları ölkənin mərkəzi hissəsinə ötürərkən Kirmanşah və Sistan-Bəlucistan əyalətlərində həbs olunublar. Bütün silahlar müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti