Azərbaycan, Bakı, 21 may /Trend/
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov Moskavada keçirilmiş danışıqlarda "Eurovision"da balların verilməsi ilə bağlı mövzuya toxunublar. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) "Facebook" səhifəsində deyilir.
Agentliyin Rusiya XİN-dəki mənbəsi təsdiq edib ki, danışıqlar zamanı Azərbaycan tərəfi "Rusiyaya verilən ballar"la nə baş verdiyinə aydınlıq gətirib.