...

Prezident İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub (FOTO)

Siyasət Materials 22 May 2013 18:00 (UTC +04:00)
Mayın 22-də Bakı Sərgi Mərkəzində “WorldFood Azerbaijan-2013” XIX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2013” VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri açılmışdır.
Prezident İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Mayın 22-də Bakı Sərgi Mərkəzində "WorldFood Azerbaijan-2013" XIX Azərbaycan Beynəlxalq qida sənayesi və "Agrihort Azerbaijan-2013" VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgilərlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, "WorldFood Azerbaijan-2013" və "Agrihort Azerbaijan-2013" sərgiləri regionda tanınmış tədbirlər kimi ildən-ilə daha çox tərəfdaş toplayır, kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində yeni texnologiyaların tətbiqi ilə yanaşı, bu sahənin inkişafına və təkmilləşdirilməsinə, yerli və xarici iş adamları üçün işgüzar mühit yaratmaqla biznes əlaqələrinin qurulmasına və genişləndirilməsinə xidmət edir.

Bildirildi ki, budəfəki sərgidə 30-dan çox ölkədən 180-dək şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 40 faiz artması bu tədbirə marağın ildən-ilə çoxaldığını göstərir. Yerli şirkətlər də sərgidə fəal iştirak edirlər. Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi ilə keçirilən "WorldFood Azerbaijan-2013" sərgisinin təşkilatçıları qismində "Iteca Caspian" MMC və "ITE Group plc" şirkətləri çıxış edirlər.

Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış oldu.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti