...

Misir Prezidenti Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 27 May 2013 18:35 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfir Şahin Abdullayev bu gün səfirliyə təşrif buyurmuş Misir Prezidenti Məhəmməd Mursinin protokol aparatı xidmətinin rəisi Moataz Həsəni qəbul edib.
Misir Prezidenti Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın Misirdəki səfir Şahin Abdullayev bu gün səfirliyə təşrif buyurmuş Misir Prezidenti Məhəmməd Mursinin protokol aparatı xidmətinin rəisi Moataz Həsəni qəbul edib.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Moataz Həsən Prezident Məhəmməd Mursinin 28 May - Respublika Günü münasibətilə ən səmimi təbriklərinin və salamlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib və Prezident Məhəmməd Mursinin adından Azərbaycan xalqını təbrik edib.

M.Həsən Prezident Məhəmməd Mursinin Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq, sülh və çiçəklənmə arzuladığını bildirib.

Ş.Abdullayev səmimi təbriklərə və salamlara görə təşəkkürünü bildirib və bu xoş sözlərin və salamların müvafiq qaydada ali ünvan sahibinə çatdırılacağını qeyd edib.

Görüş əsnasında Azərbaycan-Misir əlaqələrinin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti