Azərbaycan, Bakı, 29 may /Trend/
Azərbaycanın Macarıstandakı səfirliyi ölkəmizin milli bayramı - Respublika Günü münasibətilə Budapeştin tarixi "Korintia" hotelində qəbul təşkil edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, qonaqlar qarşısında çıxış edən səfir Vilayət Quliyev onları səmimi salamlayıb və bir əsrə yaxın müddət ərzində Azərbaycan dövlətçiliyinin keçdiyi mürəkkəb, şərəfli yoldan, əldə olunan uğurlardan danışıb.
Qəbulda Macarıstanın iqtisadi inkişaf naziri xanım Nemet Laslone, Macarıstanın Milli Ehtiyatlar Nazirliyinin dövlət katibi Şoltes Mikloş, müxtəlif nazirliklərin, akademiya və ali məktəblərin, yerli mətbuatın nümayəndələri, Budapeştdə akkreditə olunan korpusun üzvləri, iş adamları, Macarıstan ictimaiyyətinin və ölkədəki Azərbaycan diasporunun təmsilçiləri, ümumilikdə üç yüz nəfərdən çox qonaq iştirak edib.